We are always happy to discuss with you your project, idea, or just have a heart-to-heart talk.
The form has been successfully submitted, we will contact you shortly
Take a step towards new knowledge and skills that Alpha-Omega Marketing School is opening to you!
The form has been successfully submitted, we will contact you shortly
Alpha-Omega tərəfindən hazırlanmış bu kurs tədbir sənayesinə sıfırdan daxil olmaq istəyənlər üçün nəzərdə tutulub. Təlim proqramı iştirakçılara həm nəzəri bilikləri, həm də real layihələr əsasında praktiki bacarıqları qazandırır.
Bu proqram vasitəsilə siz öyrənəcəksiniz:
tədbirin planlaşdırılması, konseptin yaradılması və həyata keçirilməsi proseslərini;
büdcələmə, komanda idarəçiliyi və müştəri ilə işləmək bacarıqlarını;
kreativ yanaşma və analitik düşüncənin balansını qorumağı;
tədbirin ssenarisi, məkan seçimi, dekor, işıq, səs və foto-video istehsalı barədə əsas bilikləri.
Alpha-Omega layihələrindən real case-lər – ölkənin aparıcı şirkətləri ilə reallaşmış tədbirlərin təhlili.
Kreativ düşünmə təcrübələri – ideyaların yaranması, inkişafı və təqdimatı üçün praktiki məşğələlər.
Məntiqi düşünmə təcrübələri – strukturlaşdırılmış qərarvermə və problem-həll yanaşmaları.
Pablik spikinq dərsləri – səhnə nitqi, təqdimat və auditoriya ilə ünsiyyət bacarıqlarının inkişafı.
Dəvət olunmuş mütəxəssislər – foto-video, işıq və səs sahəsinin peşəkarlarından master-klasslar.
F&B (Food & Beverage) dərsləri – tədbirlərdə qida və içki servisinin idarəedilməsi.
Diplom – kursu uğurla bitirənlərə rəsmi sertifikat təqdim olunur.
Bu kursu bitirdikdən sonra:
tədbir agentliklərində, korporativ şirkətlərdə və prodakşn komandalarında işləməyə hazır olacaqsınız;
tədbirlərin ideyadan reallaşmaya qədər bütün mərhələlərini idarə edə biləcəksiniz;
öz layihələrini yaratmaq üçün lazımi bilik və əlaqələri qazanacaqsınız.
Reserve your seat at the course at one click!
Sirr deyil ki, müştəri xidməti ölkəmizdə ən çox şikayət olunan sahələrdəndir.⠀ Ümumiyyətlə, müştəri kimdir? Alıcı, xidmət sifarişçisi, sponsor, işəgötürən və sair.⠀ Müştəri varsa, şikayətlər də var. Şikayətlər varsa, onlarla işləmə bacarığınız olmalıdır.⠀
Ötən ilin bu vaxtlarından kriptovalyutalara sahib olan insanların sayı əvvəlki illərin üçdə biri (+37,8 faiz) qədər artıb. İndi hər 10 internet istifadəçisindən birindən çoxu kriptovalyutanın hansısa formasına sahibdir.